“Ermənistanın işğalçılıq siyasətinin sonuna çox az qalıb” — Türkiyəli diplomat

SİYASƏT 05 okt 2019, 11:55

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatını qardaş sevinci ilə qarşıladım. Bu bəyanat bir daha beynəlxalq ictimaiyyətə çatdırdı ki, Azərbaycanın varlığı elə Qarabağın varlığı deməkdir.


Demokrat.az  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.


Azərbaycan ərazisinin iyirmi faizinin işğal altında saxlanılmasının bütün beynəlxalq hüquq normalarına zidd olduğunu bildirən diplomat əminliklə ifadə edib ki, xalqımız nəyin bahasına olursa olsun öz haqq işinin müdafiəsini uğurla başa çatdıracaq.


O, qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin sonuna çox az qalıb. Təcavüzkar dövlət layiqli cavabını alıb geri çəkilməlidir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top