İlham Əliyevdən MÖHTƏŞƏM NİTQ: Paşinyanın "arqumentlər"i necə darmadağın edildi?

SİYASƏT 05 okt 2019, 09:44

"Prezident İlham Əliyev Rusiya prezdenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar iclasında iştirak etmək üçün səfərə gedib. İclasdan əvvəl prezident Putin cənab İlham Əliyevlə yüksək səviyyəli ikitərəfli görüş keçirib. Burda bir müqayisəni aparmaq istəyirəm. Bir neçə gün əvvəl Rusiya prezdenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının Sammitində iştirak etmək üçün bir neçə saatlıq Ermənistanda səfərdə olmuşdu. Ermənistanın Baş naziri Nikol Paşinyan dəridən-qabıqdan çıxırdı ki, Putinlə normal görüş keçirsin, danışıqlar masası arxasında otursun”.

 

Demokrat.az xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov qeyd edib.

Deputatın sözlərinə görə, görüşdə Putinin Paşinyana münasibəti o qədər mənfi olub ki, hətta Paşinyanla yan-yana da oturmayıb: “Sammit çərçivəsində çəkilən şəkildə Vladimir Putinin kənarda dayanması, prezidentlə avtobusda Paşinyandan uzaqda oturması və səfərin sonunda aeroportda ayaqüstü görüşməsi, əslində, Rusiyanın dövlət başçısının Paşinyanı bir dövlət başçısı kimi qəbul etməməsindən irəli gəlir. Putinin Ermənistana səfəri Paşinyanın avtobusda dövlət rəhbərinə xas olmayan ucuz selfi çəkməyi ilə yadda qaldı. Ermənistan bu sammiti təşkil etməklə beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığı olmadığını və Paşinyanın bir ölkə rəhbəri kimi qəbul edilmədiyini dünyaya bir daha nümayiş etmiş oldu. Bunun əksi olaraq, Vladimir Putin İlham Əliyevlə bir yaxın dost kimi səmimi görüşdü, ikitərəfli, yüksək səviyyəli müzakirə keçirdi və son bir neçə ay prezidentlər səviyyəsində görüş olmasa da, iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələr artan dinamika aldığından məmnun olduqlarını bildirdilər. Görüşdə iki ölkə arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparıldı".

 

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin dəvət olunduğu “Valday” Beynəlxalq Diskussiya Klubu dünyada meydana gəlmiş qlobal siyasi-iqtisadi problemlərin müzakirə olunduğu geniş platformadır: "Bu tədbirdə dünya siyasətində rolu və yeri olan dövlət başçıları, siyasətçilər, alimlər və bir sözlə, beyin mərkəzləri iştirak edirlər. “Valday” Klubunun dünən keçirdiyi plenar iclasında prezdent İlham Əliyev möhtəşəm nitqlə çıxış edib. Onu da qeyd etmək istəyirəm ki, İlham Əliyevdə xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığı o biri natiqlərdən fərqlənirdi. Bu fərqi cənab İlham Əliyevin nitqi zamanı auditoriya iştirakçılarının necə diqqətlə və maraqla dinlədiklərində hiss etmək heç də çətin deyildi. İlham Əliyev öz nitqində Azərbaycanın dünya siyasətinə verdiyi töhfələrindən, Rusiyanın AŞPA-ya qayıtmasında Azərbaycanın dəstəyindən, ölkəmizin bugünkü iqtisadi uğurlarından danışaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığına, bu günə qədər davam etməsinə geniş yer verdi. Paşinyanın Xankəndiyə səfəri zamanı söylədiyi "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir və nöqtə" sərsəm ifadəsinə cavab olaraq beynəlxalq platforma olan “Valday” Klubunun plenar iclasında Azərbaycan Prezidenti "Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır və nida" deməsi ən tutarlı və Paşinyanın savadsızlığını ifşaedici cavab oldu. Sonda qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Soçiyə səfəri strateji əhəmiyyət daşıyan, səmərəli və məhsuldar görüşləri ilə yadda qalacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top