Azərbaycanda qəzəbli qayınata maşınla gəlininin üstündən keçdi – DƏHŞƏT

HADİSƏ 04 okt 2019, 20:30

Tərtərdə qəzəbli qayınata avtomobillə gəlininin üstündən keçib.

 

Hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

 

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

 

Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

 

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top