"Paşinyan vaxt qazanmaq niyyətindən əl çəkməsə, onu da sələflərinin taleyi gözləyir" – Deputat

SİYASƏT 04 okt 2019, 19:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşü hər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdiyini bir daha təsdiqlədi. Prezident “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında son dərəcə mühüm məqamlara toxundu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı Ermənistanın təcavüzkar siyasətinin nəticələrini, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini diqqətə çatdırdı.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.

 

Deputat qeyd edib ki, fikrini faktlarla əsaslandıran dövlətimizin başçısı Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

Azərbaycan Prezidenti bunu deməklə əsl prinsipiallıq nümayiş etdirdi. Bu bəyanat xüsusi maraq doğuraraq diskussiyalara səbəb oldu. Təbii ki, qarşı tərəfin təxribatçı addımları da özünü çox gözlətmədi. Belə ki, UEFA Avropa Liqasının Lüksemburqda keçirilən “F91 Düdelanj” – “Qarabağ” görüşündə “First Armenian Front” fanatları dronla qondarma Dağlıq Qarabağın “bayrağı”nı qaldırdılar. Futbolçularımız buna etiraz etdikdən sonra 31-ci dəqiqədən etibarən matç dayandırıldı. Yalnız Lüksemburqun İdman naziri Dan Kerş stadionda yaşananlara görə Azərbaycan tərəfindən üzr istədikdən sonra komandalar meydana qayıtdı və “Qarabağ” oyundan qalib ayrıldı.

 

Deputat qeyd edib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən əngəllər olduğunu bildirməsi birbaşa Paşinyana, onun ağılsız bəyanatlar verməsinə işarədir. “Paşinyanın “Qarabağ Ermənistandır” deməsi çox gülüncdür. Bütün dünya bir daha şahidi oldu ki, Ermənistan münaqişənin sülh yolu ilə həll olunmasını istəmir, vəziyyəti gərginlikdə saxlayaraq vaxt qazanmaq istəyir. Paşinyanın az da olsa düşüncəsi olsa, vaxt qazanmaq niyyətindən əl çəkər, yoxsa onu da sələfləri olan Köçəryanın və Sarkisyanın taleyi gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top