Salyanda müəllimlərlə görüş keçirildi — FOTOLAR

HADİSƏ 04 okt 2019, 17:52

Bu gün Salyan rayon Təhsil şöbəsinin inzibati binasında “5 oktyabr–Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilib. 


Demokrat.az xəbər verir ki, rayon İcra hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb və Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan danışıb. 


Həmçinin, Prezident İlham Əliyevin təhsil işçilərinə fəxri adların verilməsi haqqında imzaladığı sərəncama əsasən Dadaşov Məhəbbət Vahub oğlunu “Əməkdar Müəllim” fəxri adına layiq görülməsi münasibətilə təbrik edib. 


Tədbirdə çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətindən, bu sahədə əldə olunan uğurlardan danışıblar. 


Tədbirin sonunda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətlərinə görə rayonun bir qrup təhsil işçisi rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələrlə təltif olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top