Sumqayıtda şirkət rəhbərini qumbara ilə partlatmaq istəyən şəxsə 14,6 il həbs verildi

KRİMİNAL 04 okt 2019, 17:13

Bakı Ağır Cinayətlər Məhkəməsində qumbara ilə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Ş.Astanov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, bu ilin mart ayında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbi ilə partlayış baş verməyib.

 

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.(Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top