Azərbaycana qanunsuz daxil olmaq istəyən Əlcəzair vətəndaşları saxlanıldı - FOTO

KRİMİNAL 04 okt 2019, 17:00

Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miq­rasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd müha­fizə tədbirləri davam etdirilir.

 

DSX-dən Demokrat.az-a verilən məlumata görə, xidmət əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı nəticəsində 2 nə­fər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qar­şısı alın­ıb.

 

Bu gün DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıblar.

 

Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qay­dada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Əlcəzair vətəndaş­ları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

 

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top