“Təhminə” SƏRT DANIŞDI: "Ətrafımdakı satqın insanlar…" — MÜSAHİBƏ (VİDEO-FOTOLAR)

ŞOU-BİZNES 04 okt 2019, 14:46

“Sənubər İskəndərli, Kazım Abdullayev kimi sənətkarlarla rol almaq çox sevindirici idi”

 

Bu sözləri BUTA.WS-ə özəl müsahibəsində azərbaycanlı aktrisa Natavan Gümet deyib.

 

- Salam, Natavan xanım!

- Salam.

 

- Xoş gəldiniz Bakıya

- Çox sağolun. Xoş gününüzə gələk.

 

- Yeni layihələriniz varmı?

- Azərbaycanda, öz vətənimdə serialla bağlı 2 təklif var idi. Lakin, təəssüflər olsun ki, komandir (həyat yoldaşını nəzərdə tutur-red.) bu dəfə icazə vermədi. (Gülür) Əslində Türkiyədə film təklifləri var və danışıqlar gedir. Ona görə deyirəm ki, hazır orda şans varkən, itirməyim. Çünki burda seriala çəkilsəm, məlum məsələdir ki, yarıda qoyub gedəcəm. Mən də insanları yarı yolda qoymağı sevmirəm. Həm məntiqlə düşündüm, həm də komandirə qulaq asdım.

 

- Komandir nəyə əsasən icazə vermədi?

- (Gülür) Çünki keçən dəfə 4 aylıq icazə alıb 7 ay qalmışam. O insan bilir ki, bu mənim sənətimdir. “Təhminə və Zaur” serialından sonra qorxusu yoxdur.

 

- Vətən üçün darıxırsınızmı?

- Vətənim üçün bəli. Lakin, vətənimdə olan ətrafımdakı satqın insanlar üçün qətiyyən darıxmıram.

 

- Bakıya endiyiniz anda ilk kimi görmək istərdiniz?

- (Gülür) Ailəmdən başqasını, ümumiyyətlə, görmək istəmirəm.

 

- Sizin üçün seriala çəkilmək daha maraqlıdır, yoxsa filmə?

- Film təcrübəm hələki yoxdur.

 

- Filmlə serial arasındakı fərqi necə izah edə bilərsiniz?

- Serialın müddəti uzun olur. Ona görə də oynadığın rola dönüşürsən. Lakin filmdə rola tam adaptasiya olacaqkən film bitir.

 

- Bəs teatr necə?

- Mən teatrı çox sevirəm. Universitetə qəbul olunmazdan öncə çəkilişlərə gedirdim. Və çəkilişlərin biri Azərbaycan Dövlət Dram Teatrında olmuşdu. Mən o vaxt deyirdim ki, rejissor olacam. Mənə təklif gəldi ki, bir videoçarxda istedadlı aktrisaya ehtiyacımız var. Lakin mən qəbul etmədim. “Yox, mən rejissor olacam” dedim.  İmtahanlara 15 gün qalmış, fikrimi dəyişdim. Düzü, sonra qəbul etmədiyim üçün peşman oldum. Tetar başqa dünyadı.

 

- Uzun müddət əziyyət çəkdiyin rolu birnəfəsə ifa etdiyin an olan eyfariya adama bəs edir.

- Film? Serial? Teatr? Desələr, maaşı az olsa belə, mən teatrı seçərəm, indiki ağlım olsa.

 

- Teatrda olan maddiyyata bağlı nə deyə bilərsiniz?

- Ailə həyatı qurduqdan sonra özümə qapanırıdm. Yoldaşım da bunu görürdü. Təklif gəldiyi zaman ilk o qəbul elədi. Mən həqiqətən anladım ki, mən bu sənətsiz, kamerasız qala bilmərəm. 

 

- Neçə serialda çəkilmisiniz?

- 2 serialda. Hər ikisində də baş rolda.

 

- İlk dövrlərdə həyəcan olurmu?

- Birinci serialım – “Dəfnə ağacı” mənim üçün çox əhəmiyyətli idi. Sənubər İskəndərli, Kazım Abdullayev kimi sənətkarlarla rol almaq çox sevindirici idi. Bəzən elə olurdu ki, “mən bura aid deyiləm, mənim yerim reklamdır” deyirdim özümə. Sənubər xanım isə mənə “Bu sənin işinin başlanğıcı ola bilər” demişdi. Onun bu yaxşılığını heç vaxt unutmayacam. Dəfnə ağacında o biri seriala nisbətən daha çox tanındım. İndi də yolda gedərkən “Təhminə”dən daha çox “Dəniz” deyirlər mənə.

Pulun arxasınca deyil, sənətin arxasınca qaçan insana tamaşaçının sevgisi bəs edir.

 

- “Təhminə” yoxsa “Dəniz”?

- “Dəniz”. Çünki daha çox tanındım. Lakin, Təhminə"-ni oynamaq daha asan oldu mənə. Təhminə ilə mən daha çox bənzəyirik. “Dəniz” sakit biri idi, hər şeyi içində çəkirdi. Mən isə elə deyiləm. 

 

- İlk oxuduğunuz kitab nədir?

- Varis'in "Sonuncu ölən ümidlərdir romanı. 3 dəfə oxumuşam. Hər dəfə də sonunda ağlayıram. Hazırda heç bir kitabı oxumuram. Bu yaxınlarda Elxan Elatlının bir kitabını aldım. Onu oxuyacam, uşaq imkan versə (Gülür)

 

- Xarici görünüşünüzə sizə şarm verən nədir?

- Gözlərim...

 

- Real həyatda Cövdət və Natavan?

- Yox.. (Gülür) Nə mən onun zövqündəyəm, nə də o mənim.

 

- Yoldaşınız hansı sənətin sahibidir?

- Memar-dizayner və bizim işlərlə bağlı agent şirkətləri var.

 

- Türk vətəndaşıdır?

- Təbii ki.

 

Necə tanış olduz?

- Mən yoldaşımın şirkətinə cv göndərmişdim. O da məni bəyəndi (Gülür) özəl nömrəsini verdi ki, məlumatları bura yazım. Mən isə ona cv-də hər şeyi qeyd etdiyimi dedim. Sonra Türkiyə də “Temmuz hadisələri” oldu. Mən narahat olub, onunla əlaqə saxladım. Bundan sonra dostluğumuz yarandı. Amma, necə oldusa biz sevgili olduq. 1 ay sonra da məni ailəsi ilə tanış etdi. Cəmi 3 ay sevgili olduq. Sonra da evləndik.

 

- Həm iş, həm ailə. İkisi bir yerdə çətin olurmu?

- Sənətimlə bağlıdırsa xeyr. “Təhminə və Zaur” serialında biraz çətinlik yaşadım. Oğlum daha 7 aylıq idi. İşdən çıxıb onun yanına tələsirdim. Lakin indi nəsə çətinlik olacağına inanmıram.

 

- Çəkinizə necə diqqət edirsiniz?

- Yoldaşım deyir ki, səndə olan tərslik heç kəsdə yoxdur. Oğlum dünyaya gəldikdən 5 ay sonra əvvəlki vəziyyətimə qayıtdım. Özümə yemək qadağası qoymuram.

 

- Natavanı gələcəkdə aparıcı olaraq görə biləcəyik?

- Xeyr! Əgər olsa, canlı efir olar. Şahin Qəhrəman deyir ki, sən canlı efirə çıxmamalısan. Özünü saxlaya bilmirsən (Gülür) “YouTube” kanalında olsa bəlkə ola bilər, oğlum imkan versə.

 

- Hansı sahədə veriliş aparardız?

- Maqazin proqramları aparmazdım. Mənimki daha çox kriminal və dram sahələridir. Xəbər aparıcılığı da ola bilərdi.

 

- Yerli telekanallarımızda hansı verlişləri bəyənmirsiniz?

- Burda yaşamıram. Türkiyədə isə Azərbaycan kanalları tutmur. (Gülür)

 

- Bəs Türkiyədə?

- Müge Anlı. Çünki fikirlərimiz üst-üstə düşür.

 

- Hansı xarici aktrisa ilə tərəf müqabili olmaq istəyərdiz?

- Qadınlardan deyə bilməyəcəm. Amma Çağatay Ulusoyla oynamaq istəyərdim. Səhv etmirəmsə Türkiyədə yayımlanan “Her yerde sen” serialındakı aktyorla da (Furkan Andıç) çəkilmək istəyərdim. Baş aktyorlar gərək xarici görünüş baxımından bir-birini tamamlasın.

 

- Bir müddət öncə siz Kendal Jener'ə bənzətdilər. Buna münasibətiniz necədir?

- Mənə bu mövzuyla bağlı bir çox şərh gəldi ki, səni erməniyə bənzədirlər. Buna necə dözürsən? O erməni deyil. Onun ögey bacısında ermənilik var. Amma, o özü erməni deyil. Adam adama oxşayar da. Mənim üz cizgiləri hamısı özümündür. Onlar əməliyyat edirlər. Belə çıxır ki, onlar özlərini mənə oxşadırlar. (Gülür)

 

- Özünüz haralısız?

- Bakılıyam.

 

- Gözəlliyinizi kimə borclusuz?

- Allaha.

 

- Natavanın fikrincə, onun aktrisalar arasında düşməni var?

- 30 illik həyatımda heç kəslə pis münasibətim olmayıb. Mən heç kəsi özünə nə rəqib, nə də düşmən bilmirəm.

 

- Kiminsə paylaşımını adına görə bəyənmisinizmi?

- Xeyr. Əgər şəkil mənim xoşuma gəlirsə bəyənərəm.

 

- Ən böyük mənəvi dayağın kimdir?

- Oğlum.

 

- Natavanın kompleksi nələrdir?

- Burnum (Gülür)

 

- Bəs özünüzdə sevdiyiniz cəhətlır hansılardır?

- Gözlərim, saçım, boyum. Mən necə də özündən razı biriyəm. Gözlərimlə istənilən kişini yoldan çıxara bilirəm. (Gülür)

 

- Karifey sənətkarlarımızdan, ən çox kimi bəyənirsiniz?

- Nəsibə Zeynalova, Səyavuş Aslan. Onları bəyənməmək mümkün deyil. Ağzımızda karifey deyirik.

 

- İndiki filmlər niyə belə süni alınır?

- İndinin türk filmləri o dövrün “O olmasın, bu olsun”, “Bəyin oğurlanması” kimi filmlərdə müqayisədə qat-qat aşağıda durur. Bəs indi niyə elə deyil? Çünki, texnika zəifdir. Yazzıq aktyor səhərdən axşama kimi çəkiliş meydançasında olur. İnsan aktyor olmur, aktyor olaraq doğulur. Məktəb isə bizə səhnə mədəniyyətini,  texnikanı öyrədir.

 

- Evliliy sevgini öldürürmü?

- Nə azaldır, nə də öldürür. Standarta çevirir. Əvvəllər həftədə 2 dəfə, evlilikdən sonra isə hər gün onun üzünü görürsən.  Və bu adiləşir. Amma tərəflər ayrılanda, bir səfərə  gedəndə artıq hiss edirsən ki, alışmısan, darıxırsan. Azadlığa qaldıqda isə, evlilik mənim azdığımı əlimdən almadı. Sadəcə olaraq əvvəllər mən istədiyim vaxt çıxıb gəzə bilirdim, lakin indi uşaq var, müəyyən şeylər var. Ona görə də istədiyim vaxt çıxıb gəzmək alınmır. Bəzi şeylər var ki, onları yalnız subay qadın edə bilər. Əgər kişi axşam 7-də evdə olsa, qadın olmasa bu düzgün deyil. Bu qadının düşüncə tərzindən asılıdır. Geyimə gəldikdə, bizdə bu problem yaranırdı ki, mən ona evləndiyimiz zaman geyimim və sənətimə qarışmayacağını dediyini söylədim. O belə dedi: mənim yoldaşım hara nə geyinəcəyini bilir.

 

- Yaxın gələcəkdə planlarınızda nələr var?

- Bir film var “Bedelli askerlik”. Bizim şirkət çəkir o filmi. Orda bir rolum var. Götür qoy edirik. Azərbaycan qadın kapitanı olaraqmı, psixoloq olaraqmı? Bundan əlavə, başqa bir filmdə var. Büdcəsinə 2 milyon ayrılıb. Onlarla da danışıqlar gedir. İnşallah.

 

- Pərvin Abıyeva ilə aranızda nə kimi fərq görürsüz? Nəzərə alsaq ki, o daha çox filmə çəkilib.

- Naxış (Gülür)

 

- Azərbaycan aktyorları Türkiyədə azərbaycanlı olaraq çəkildiyi filmlərdə niyə həmişə kiçik rollar verilir?

- Ağlı olsun razılaşmasın. Allah bizə şüur verib. Düşünmək lazımdır ki, mən türkiyəli olaraq bu filmə çəkildim, heç kəsin vecinə olmayacaq. Lakin mən azərbaycanlı olaraq çəkilirəmsə bunu nəzərə almalıyam.


- Yəni bizim filmlərə türk filmləri arasındakı fərq maddiyatdır?

- Bəli. Filmlərdəki sünilik rejissordan qaynaqlanır.

 

- Öz filmlərinizi izləyərkən süniliyə rast gəlmisiniz?

- Təbii ki. Daha çox “Təhminə və Zaur” serialında. Çünki Şahin Qəhraman mənim “ipimi boş buraxmırdı”.

 

- Yenidən “Təhminə və Zaur” serialı çəkisə tərəf müqabili olaraq kimi görmək istəyərdiniz?

- Tural Əhməd. Cövdətin də xətrini çox istəyirəm. Amma, Turalla sevgi xəttini oynamaq istəyərdim. İnşallah hansısa filmdə alınar. Burda seriala çəkiləcəyimi düşünmürəm. Komandir icazə verməz (Gülür).

 

- Kənar biri olsaydız Pərvini yoxsa Natavanı izləyərdiz?

-  Hansı zövqümə uyğundursa onu. (Gülür)

Mən bu sənətə heç kimlə mübahisə edərək gəlməmişəm. Əgər bir aktyor mənfi obrazı canlandırırsa və nifrət qazana bilibsə, deməli, o işini təhvil verib.

 

- İmtina etdiyiniz film təklifləri olub?

- Təbii ki olub.

 

- Yataq səhnələrinə görə?

- Yox. Mən açıq səhnələrə görə imtina etməmişəm. Büdcədə pul olmadığı halda tizer çəkilmişdi. Mən pulsuz heç bir filmə, seriala çəkilmərəm. Yaxınlarımın filmləri xaric.

 

- Yüksək məbləğ olarsa yataq səhnələrində çəlilərsiniz?

- Baxır necə yataq səhnəsi. “Təhminə və Zaur” serialındakı kimi olarsa bəli. Əgər “Təhminə və Zaur” filmindəki kimi yataq səhnəsi olarsa xeyr. Nə qədər yüksək qonaror  olursa olsun çəkilmərəm. Çünki mən ailəliyəm. Yenə də deyirəm. Tənqidlərə açığam. Təhqirlərə isə yox.

 

- İzləyicilərimizə sözünüz   

- Niyə məni like etmirlər?

 

- İzləyicilər sizdən nə sürpriz gözləsinlər?

- Var. Film işimiz var. Hələki açıqlaya bilmərəm. İlk hamiləliyimdə mən paylaşım etmədim. Amma ikincidə hər kəslə bölüşdüm. Qismət. Alınmadı. İnşallah gələcəkdə.

 

- Söyüş yazan xanımlara sözünüz?

- Əgər kişi yazarsa heç nə deyə bilmərəm. Qadınlara isə yaraşmır. Bu mənim həyatımdır. Etdiyim hər bir səhvə görə mən cavab verəcəm Allaha. Təhqirlə tənqidi səhv salan insanlar öz bisavdlılğını göstərirlər. Pis şərh yazan insanlar xoşbəxtlik nədir bilmirlər. Oturub başqasının həyatını qısqanırlar. Mənim ən böyük var-dövlətim sağlam övladımdır. Allah məni onunla sınamasın.

 

- Prinsipial qadınsız?

- Çox.

 

- Çox sağolun!

- Siz sağolun, diqqətinizə və dəvətinizə görə. Film işimiz alınsa ilk sizə bildirəcəyəm. Baxın söz verdim. 

 

Fatma Abdullayeva
Ətri Abdullayeva

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top