Avtomobil bazarında qiymətlər əl yandırır - VİDEOREPORTAJ

İQTİSADİYYAT 04 okt 2019, 12:00

Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

 

Bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

 

Bazardakı alıclıarın əksəriyyəti ucuz qiymətə olan avtomobillər və "Mercedes" modelləri axtardıqlarını bildiriblər.

 

Elə satıcılar da bazarda daha çox Rusiya istehsalı olan avtomobillərin və qiyməti 12-13 min manatdan aşağı olan "inomarka"ların satıldığını qeyd ediblər. Bildirilib ki, "İnomarka"ların içində daha çox tələbat qiyməti 8-9 min manat olan və 1994-1995-ci illərdə istehsal edilmiş "Mercedes" modelləridir. 

 

Satıcıların sözlərinə görə bazarda uzun müddətdir alıcı qıtlığı yaşanır. Alıcıların isə şikayəti qiymətlərin xeyli baha olmasındandır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top