Vilayət Eyvazovdan yeni - TƏYİNAT

SİYASƏT 04 okt 2019, 10:45

Tovuz Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

 

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

 


Əmrə əsasən, polkovnik-leytenant Əsgərov Elçin Adil oğlu bu vəzifəyə gətirilib.

 

E.Əsgərov bundan əvvəl Tovuz Rayon Rolis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini işləyib.

 

Qeyd edək ki, Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Seymur Sadıqov bir müddət əvvəl Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin olunub.(Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top