Bakıdakı yanğında 2 nəfər zəhərləndi

HADİSƏ 03 okt 2019, 23:21

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib. 


Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a daxil olan məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib (ilkin tibbi yardım göstərilib), 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 


 
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top