Həmsədrlər Qarabağa səfər edəcəklər

SİYASƏT 03 okt 2019, 21:18

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər.

 

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, hazırda səfərin vaxtı dəqiqləşdirilir.

 

“Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar”, -deyə Zaxarova qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top