İcra başçısının sabiq müavininin həyat yoldaşına qarşı quldurluq edildi

KRİMİNAL 03 okt 2019, 20:16

Qazax rayonunda quldurluq etməkdə təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Demokrat.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

 

Məhkəmə hazırlıq iclası oktyabr ayının 14-nə təyin olunub.


Qeyd dək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Qazax şəhərinin Bakı küçəsində yerləşən evə basqın edən maskalı şəxs ev sahibəsi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələrək, onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.

 

İş üzrə zərəçəkmiş 2017-ci ilədək Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Fərman Nağdaliyevin həyat yoldaşıdır.

 

V.Rəsulova Cinayət Məcəlləsinin 181.2.3-cü, (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq) 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top