"Mənim robotlarla oynamağa vaxtım yoxdur" — Daha bir deputat "Dadaşlinski"nin verilişinə çıxmaqdan İMTİNA ETDİ

MARAQLI 03 okt 2019, 16:58

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalının İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D" verilişinə qatılmaqdan imtina etməsi barədə danışıb. 


A.Abıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Fəzail Ağamalı sözügedən verilişə doğru qərar verərək, imtina edib:


"Fəzail müəllim doğru deyir. Robotun apardığı veriliş nə olacaq?! Robot adama sual verirsə, bəs ona cavab verəsən? Mən robota "iqra" kimi baxıram. Mənim üçün robotla "iqra"nın fərqi yoxdur. Mənim robotlarla oynamağa vaxtım yoxdur. Dəvət etsələr də, bu cür verilişlərə getmərəm".


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top