Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi

İDMAN 03 okt 2019, 17:20

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü final görüşünü keçirib.

 

32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə növbəti oyununu keçirib. Gərgin qarşılaşma 31-ci gedişdə heç-heçə ilə nəticələnib. Ümumi hesabda (2:2) qalib müəyyənləşməyib. Ona görə sabah "tay-breyk" oynanılacaq.

 

Qeyd edək ki, Rəcəbov Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötəbər yarışın finalına qədər irəliləyə bilməyib.(Trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top