2020-ci ilin büdcəsinə 5 vacib təklif - Onlar hansılardır ?

İQTİSADİYYAT 03 okt 2019, 15:14

“Azərbaycan hökümətinin bu il ərzində reallaşdırdığı 2 mərhələli sosial paketin təsirli və nəticəli olması üçün 2020-ci il üçün büdcə layihəsində aşağıdakı təkliflərin nəzərə alınması vacibdir”.

 

Bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib. 

 

Q.İbadoğlu təkliflərdə “uşaq pulu”, şəhid ailələrinin mənzil təminatı, enerji daşıyıcılarına tətbiq edilən limit və digər məsələlərə toxunub:

 

“1. Son illər əvvəlki illərlər müqayisədə doğulan uşaqların sayındakı azalma tempinin trend xarakter daşıması, bəzi yaş qrupları üzrə uşaqların orta boy - çəki göstəricilərinin pisləşməsi və uşaqlar üçün istehlak büdcəsinin bahalaşması ilə bağlı olaraq, 1 yanvar 2020-ci ildən hamiləliyə və doğuşa görə müavinət artırılsın, 18 yaşına çatanadək hər bir uşağa cari ilin uşaqlar üçün hesablanan yaşayış minumumu səviyyəsində vəsait ödənilsin, uşaqların və hamilə qadınların məcburi tibbi sığorta haqları dövlət hesabına qarşılansın.

 

2. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin imtiyazlı mənzil təminatı proqramını başa çatdırmaq üçün 2020-ci üçün sosial investisiya xərclərinin proqnozlaşdırılması zamanı 300 milyon manat vəsait bu məqsəd üçün nəzərdə tutulsun.

 

3. Qış mövsümünün başlaması ilə əlaqədar olaraq təbii qaz və elektrik enerjisinin əhali qrupuna satış tarifləri üçün tətbiq edilən limitlər 2019-cu il noyabr ayının 1-dən ləğv edilsin.

 

4. Əməkhaqlarının artımından sosial müdafiə büdcəsinə daxilolmaların çoxalmasını və pensiyaçıların sayının azalmasını nəzərə alaraq 2020-ci il 1 yanvarından pensiyaların minimum məbləği 250 manata çatdırılaraq minimum əməkhaqqı səviyyəsində təyin edilsin.

 

5. Növbəti tədris ilindən dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslarda təhsil alanların sayı cəmi tələbələrin 50 faizinə qədər azaldılsın, bununla yanaşı bütün dövlət universitetlərinə publk hüquqi şəxs statuslu İnstitutsional və maliyyə muxtariyyatı verilsin”.(Cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top