"Liverpul" İngiltərə Kubokundan uzaqlaşdırıldı

İDMAN 03 okt 2019, 12:47

"Liverpul" klubu İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb.

 

İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb Mersisayd təmsilçisinin 1/16 finalda "Milton Kins Dons"la matçda səhvə yol verməsidir. Həmin görüşdə iştirak hüququ olmayan Pedro Çirivelya çıxış edib.

 

"Liverpul" turnirdən kənarlaşdırılmaqla yanaşı, 200 min funt sterlinq məbləğində cərimə olunub. Kluba verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

 

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top