4 il əvvəl törədilən cinayətin üstü açıldı

KRİMİNAL 03 okt 2019, 12:18

Polis əməkdaşları 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstünü açıblar.


Demokrat.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girən 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər.


Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top