Türkiyədə 5 bal gücündə zəlzələ oldu

HADİSƏ 03 okt 2019, 09:30

Aralıq dənizində zəlzələ olub.

 

Türkiyənin Fəthiyə-Rodos bölgələri arasında 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

 

Yerli vaxtla səhər saat 07:44-də qeydə alınan təbiət hadisəsi dəniz səviyyəsindən 6 km aşağıda baş verib.

 

Dalaman bələdiyyəsinin sədri Məhəmməd Qaraquş zəlzələnin həssaslıqla hiss edildiyini, lakin tələfat və dağıntı olmadığını açıqlayıb.

 

Bələdiyyə sədri məktəblərin bağlanmasına lüzum olmadığını bildirib.(Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top