Gəncədə sürücü iki məktəbli qızı vurdu

HADİSƏ 02 okt 2019, 20:44

Gəncə şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində iki məktəbli qız vurulub.

 

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

 

Şəhər sakini Cəlal Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən Nəbiyeva Sevinc Ruslan qızı və Vüsalə Yusifovanı vurub.

 

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır.

 

Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top