"Sən məni aldın, mən sənə verdim" – Elzanın yeni şeiri

ŞOU-BİZNES 02 okt 2019, 18:28

Müğənni və bəstəkar Elza Seyidcahandan daha bir şeiri ilə gündəm yaradıb. Onun sosial şəbəkədə paylaşdığı daha bir şeir izləyicilər arasında birmənalı qarşılanmayıb 

 

Demokrat.az həmin şeiri təqdim edir: 

 

Adamsız evlər

Elə bilirsən,

Səni məndən soruşmurlar?

Hanı o?

O, hanı?

Danışmıram,

Eşqimizin faydasıdır,

Susuram.

Elə adamları sevdim ki,

Səni sevdiyimdən betər.

Görürsən?

Heç yadıma düşmürlər,

Unuduram.

Gəlmirlər, getmirlər,

Öpmürlər, sevmirlər.

Sən də, elə. Öləcəksən dərdimdən.

Çıxacaqsan,

Yaddaşımın ruhundan,

Birdəfəlik.

İkidəfəlik olmur.

Sevgi olur birdəfəlik.

Gəldi, gördü, sevdi, oldu, bitdi.

Bitdi, oldu, bitdi.

Sən məni sevdin,

Mən səni seçdim.

Sən məni aldın.

Mən sənə verdim...

Könlümü verməsəydim,

Ömrüm getməliydi qəmə.

Gəlmişdim birdəfəlik,

Yar baxçasından sənə.

Xal yanaqlı, bal gəlini,

Fəda olan xar dəlini.

Əlində ətri qalan,

Qolunda boynu quruyan,

Yolunda başı əyilən,

Mən, mən, mən!

Yolda qalan gözlərim

Necə yatsın?

Dilimə hopan öpüşlərin

Gecə vaxtı,

Dodaqlarımızda susan pıçıltılara,

Cığır deyib.

Ürəyimizdə şişən sözlərimizi

Necə ovutsun?

Ay adamsız evlər,

Dərd çəkməyin siz.

Evsiz adamlar partdıyır

Adamsız evlər çartdıyır

Ərsiz arvadlar ağrıyır

Arvadsız ərlər sızlayır

Qardaşsız bacılar neyniyir?

Bacısız qardaşlar kef eliyir...

Bəs qardaşsız torpaq?

Ey dilsiz zamanlar,

Susuz amanlar.

Ey haqlı gümanlar

Haqsız umanlar.

Bu atamsız anam,

Anamsız yaman.

Düşməyəcəm yadına,

Düşməyəcəksən yadıma.

Gəlməyəcəksən yanıma,

Qaçmayacağam qucağına.

Qolların həsrət qalacaqsa əyər,

Bunun günahını axtarmağa məyər,

Ürəyini üzüb sızıldatmağa dəyər?

Həsrət səni əyər.

Baxma mənə.

Səni gözlərim məğlub

Edər.

Nə etsin bədənimiz?

Sözlər nə desin?

Möhtacdır onlar

Saf eşqimizin.

Cəhənnəm əzabıdır

Yolunu gözləmək,

Bizi yaratdı yenidən,

Güclü sevişmək.

Ömrünün dəyəri mənəm

Quyuda olan su tək

Ruhumun dəyəri sənsən

Evin dəyəri insan kimi.

Adamsız evlər qarıyır

Ərsiz arvadlar kimi.

Adamsız evlər quruyur,

Heyvansız meşələr kimi.

Çəkilir,

Suyu qurumuş çaylar kimi.

Sonudur,

Balıqsız dənizlər kimi.

Arısız pətəklər kimi.

Son beşiklər

Evdə qalsa,

Yurdda yatsa,

Ocağımıza köz atsa,

Evlər adamsız qalmasa,

Çırağımız sönməsə,

Qəbirlər ağlamasa,

Eşidin məni:

Evdən gedən, evə dönən,

Evdə yatan, evdə ölən,

Qalan...

Evdə qaçan adamlar...

Evdən adam iyi gələr,

Yağlı badam iyi gələr,

Evdən adam iyi gələr.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top