Sergey Lavrov: "Qarabağda hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi yoxdur"

SİYASƏT 02 okt 2019, 17:14

Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini görmür.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday forumu"nda bildirib.

"Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm", - S.Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək.

"Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil", - rusiyalı nazir söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top