Adnan Oktarın aylıq qazancı hər kəsi şoka saldı - Lüks villa və yaxtaların mənbəyini açıqladı

DÜNYA 02 okt 2019, 16:36

Türkiyədə özünü din xadimi kimi tanıdaraq mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar məhkəməyə aylıq gəlirinin miqdarını açıqlayıb.

 

O, peşəsinin yazıçılıq olduğunu və bu peşədən ayda 3 min TL qazandığını deyib.

 

Oktar bildirib ki, mülk toplamaq İslam dinində haramdır. Peyğəmbər də bütün malını kasıblar üçün xərcləyib. Müsəlmanlıqda zənginlik yoxdur: “Mən 65 yaşımdayam. Malım-mülküm, pulum, heç nəyim yoxdur. Bir qəpik də yığııb saxlamamışam”.

 

Oktar sahibi olduğu lüks yaxtalar, villalar və A9 telekanalının ona aid olmadığını, onları varislik yolu ilə əldə etdiyini bildirib.

 

Haqqında casusluq, terror təşkilatına yardım etmək, öldürməyə təşəbbüs, cinsi istismar, pedofillik, şantaj kimi 22 ittiham qaldırılan Oktara 420 ildən 871 ilə qədər cəza tələb edilir.(Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top