ATV-də "YARPAQ" TÖKÜMÜ... -İşçilər kanalı niyə tərk edir?

SİYASƏT 02 okt 2019, 15:51

Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı İlqar Mikayıloğlu ATV telekanalı ilə yollarını ayırıb. 

 

Teleaparıcı öz ərizəsi ilə işən çıxdığını açıqlasa da, əslində onun ATV rəhbərliyi tərəfindən işdən azad edildiyi deyilir.   

 

“Düzgün informasiya deyil. Məni heç kim işdən çıxarmayıb, telekanalla yolların ayrılmasına mən özüm qərar verdim. Düşündüm və öz ərizəmlə işdən ayrıldım”.

Teleaparıcı əlavə edib ki, hazırda işsizdir və telekanallardan iş təklifi gəlsə dəyərləndirəcək:

 

“Bəziləri kimi yalandan deməyim ki, başqa televiziyalardan dəvət almışam. Hazırda heç bir dəvət yoxdur, işsizəm".(redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top