Bakıda marşrut biabırçılığı — Yenilənmiş xəttə köhnə avtobuslar buraxıldı (FOTOLAR)

HADİSƏ 02 okt 2019, 13:50

Yasamal sakinləri bir neçə gün əvvəl yeni avtobusların xəttə buraxıldığı 39 nömrəli marşrut xəttindən yenidən şikayətçidirlər. 


Demokrat.az-a müraciət edən sakinlər, keçən həftə 39 saylı marşrut xəttindəki avtobusların yenilənməsindən sonra xəttə köhnə avtobusların əlavə edildiyini bildiriblər: 


"Televiziyada deyildi ki, 39 saylı xəttin avtobusları yenilənib, biz də çox sevindik, amma artıq neçə gündür ki, yenə də köhnə avtobuslarla gedib gəlməyə məcburuq. Avtobuslarda kart aparatları da quraşdırılmayıb, 10-12 yaşlı uşaqlar konduktorluq edir". 


Qeyd edək ki, bir neçə ay əvvəl 46 saylı marşrut xəttində də avtobusların yeniləndiyi bildirilsə də, sonradan xəttə köhnə nəqliyyat vasitələrinin də əlavə edildiyi məlum olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top