“Mənə qarşı baş verənlər dövlət çevrilişidir” — Trampdan SENSASİON AÇIQLAMA

SİYASƏT 02 okt 2019, 13:11

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə etdiyi telefon danışığı əsnasında bu ölkəyə təzyiq etməsi iddiası ilə demokrat Co Baydenin istintaqı və haqqında başladılan impiçment prosesi barəsində açıqlama verib.


Demokrat.az xəbər verir ki, Tramp “Twitter” hesabında yazıb:


“Bu məsələ haqqında hər gün daha çox şey öyrəndikcə hazırda baş verənlərin impiçment deyil, bir çevriliş olması nəticəsinə gəlirəm. Bu çevriliş xalqın gücünü, səslərini, azadlıqlarını, silahlanma haqlarını, dinlərini, hərbçilərini, sərhəddəki divarlarını və ABŞ vətəndaşı olaraq vətəndaşlıq haqlarını ortadan qaldırmağa çalışırlar”.


Xatırladaq ki, ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenski arasında iyul ayında keçirilən telefon danışığında Tramp ondan prezidentliyə demokrat namizəd Co Baydenin oğlu barədə istintaq aparmasını istəmişdi.(Avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top