Madriddə sensasiya, Londonda 9 qol – Çempionlar Liqasında nəticələr

İDMAN 02 okt 2019, 08:50

Çempionlar Liqasında II tura start verilib.

 

Demokrat.az saytının məlumatına görə, bu gün A, B, C və D qruplarının oyunları keçirilib.

 

Türkiyənin bu turnirdəki təmsilçisi “Qalatasaray” doğma arenasında PSJ-ni qəbul edib. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. Qrupun digər matçında "Real" "Brügge"yə məğlubiyyətdən son anda xilas olub.

 

Günün ən maraqlı görüşündə “Tottenhem”lə “Bavariya” üz-üzə gəlib. Doqquz qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

 

D qrupunda səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşan “Atletiko” inammlı qələbə qazanıb. “Yuventus” isə “Bayer”lə oyunda darmadağınla qalib gəlib.

 

Çempionlar Liqası
Qrup mərhələsi, II tur


1 oktyabr

A qrupu

“Real” (İspaniya) – “Brügge” (Belçika) 2:2
Qol: S.Ramos, 55. Kazemiro, 85 - Dennis, 9; 39.

“Qalatasaray” (Türkiyə) – PSJ (Fransa) 0:1
Qol: İkardi, 52.

 

B qrupu

“Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) 3:1
Qol: Vuliç, 63. Milunoviç, 87. Boakye, 90 - Semedo, 37.

“Tottenhem” (İngiltərə) – “Bavariya” (Almaniya) 2:7
Qol: Son, 12. H.Keyn, 61-pen – Kimmix, 15. Levandovski, 45; 87. Qnabri, 53; 55; 83; 88.

 

C qrupu

“Atalanta” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:2
Qol: Sapata, 29 – Moraes, 41. Solomon, 90+5.

“Mançester Siti” (İngiltərə) - “Dinamo” (Z, Xorvatiya) 2:0
Qol: Sterlinq, 66. Foden, 90+5.

 

D qrupu

“Yuventus” (İtaliya) – “Bayer” (Almaniya) 3:0
Qol: İquayn, 17. Bernardeski, 62. Ronaldo, 89.

“Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya) 0:2
Qol: J.Feliks, 48. Tomas, 58.

 

Matc.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top