Müsavat başqanlığına namizədlər bu tarixdə debata çıxacaq

SİYASƏT 01 okt 2019, 23:03

Müsavat başqanlığına namizədlər arasında debat baş tutacaq.

 

Demokrat.az xəbər verir ki. bu barədə partiya başqanı, yenidən namizədliyini irəli sürmüş Arif Hacılı bildirib.

 

“Oktyabrın 9-da arzu edən bütün mətbuat nümayəndələrinin iştirakı ilə başqanlığa namizədlərin debatı olacaq. Debat bunu məqbul hesab edən bütün TV kanallarında canlı yayımlanacaq.
Bu gün debatın aparıcısı barədə razılığa gəldik. Debatın aparıcısı müstəqil jurnalist İzolda Ağayeva olacaq”.

 

Arif Hacılı debatda başqanlığa digər iki namizədlə – tanınmış müsavatçılar Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə üz-üzə gələcək.

 

Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top