Putin jurnalist qarşısında çətin vəziyyətə düşdü – VİDEO

DÜNYA 01 okt 2019, 21:48

Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə “Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, Putin Şuranın keçirildiyi binaya daxil olarkən gürcü jurnalist ona səslənərək “Rusiya nə zaman öhdəliklərini yerinə yetirəcək? Öz qoşunları Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracaq?” deyib.

 

“Rusiya öz öhdəliklərini yerinə yetirir”,- deyə  Putin gülümsəyərək bildirib.

 

Jurnalist təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top