Elzadan Ziya Məmmədovun şeirlərinə reaksiya: "Avazı yaxşıdır, oxuduğu Quran olsa"

ŞOU-BİZNES 01 okt 2019, 19:17

Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlər ortaya çıxıb. Bir çoxlarının təəccüblə qarşıladığı bu şeirlərə əməkdar artist Elza Seyidcahan münasibət bildirib. 


Qalmaqallı şeirləri ilə də tez-tez gündəmə gələn xanım müğənnimiz "Yeni Sabah”a açıqlamasında bu sözləri deyib:


"Gözəl şeirdir. Üslubu yaxşıdır, nəsihətdir. Əməlimizdə də göstərməliyik bu nəsihəti. Hər kəsin şeir yazmağa haqqı var. Avazı yaxşıdır, oxuduğu Quran olsa. Əslində o bu şeiri çoxdan, lap çoxdan üzə çıxartmalı idi.


Allah ona can sağlığı versin. O gün olsun ki, mən də bir bəstəkar kimi hörmətli Ziya müəllimin sözlərinə gözəl bir vətənpərvər əsər bəstələyib nota alım və onu bir şair kimi musiqimlə tarixdə yaşadım”. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top