"Özbəkistanın Bakının yanında olacağına inanırıq" - Qənirə Paşayeva

SİYASƏT 01 okt 2019, 16:17

Millət vəkili Qənirə Paşayeva Daşkənddə Mukimi adına Dövlət Musiqi Teatrında Azərbaycan kinosu günlərinin açılış mərasimdə iştirak edib.

 

Tədbir çərçivəsində Azərbaycandan gəlmiş nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə birgə Mukimi adına Dövlət Musiqi Teatrında bir sıra görüşlər görüş keçirib.

 

Qənirə Paşayevaya Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışıb, iki xalq arasındakı tarixi dostluq-qardaşlıq əlaqələrindən bəhs edib, xüsusilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində təsirləri haqqında geniş məruzə ilə çıxış edib.

 

Müstəqillikdən sonra iki ölkə arasındakı mədəni əlaqələrin uğurla davam etdiyini deyən millət vəkili Azərbaycan, onun tarixi, mədəniyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlərdən danışıb. Q.Paşayeva həmçinin Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verib və Özbəkistanın bundan sonra da münaqişənin həllində Azərbaycanın yanında olacağına inandığını deyib.

 

Q.Paşayeva çıxışı zamanı Özbəkistan Prezidenti Şövkət Mirziyayevin sərəncamı ilə Özbəkistanın Türk Şurasına üzv olmasını yüksək qiymətləndirib.

 

Daha sonra millət vəkili Özbəkistan tərəfinə Azərbaycan suvenirləri və yeni nəşr olunmuş “Azərbaycan-özbək, özbək-Azərbaycan lüğəti”ni hədiyyə edib.

 

Sonda Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı?” əsərinin təqdimat mərasimi baş tutub.

 

Millət vəkili Qənirə Paşayeva eyni zamanda Daşkənddə Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı keçirilən Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimində iştirak edib.

 

Deputat belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayıb.

 

Q.Paşayeva “Özbəkkino” Milli Agentliyinin rəhbərinə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edib.(Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top