Daha bir deputatın adı borc qalmaqalında hallanır: "Qardaşım götürüb..."

HADİSƏ 01 okt 2019, 15:00

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu məlum olub.


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Accessbank" deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.


2018-ci ilin sonundan Ağdaş Rayon Məhkəməsinin sədri Famil Nəsibovun sədrliyi ilə baxılan məhkəmə işi bu ilin iyun ayınadək davam edib. Məhkəmə yekun akt olaraq ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edib və əsas olaraq tərəflərin məhkəmə prosesində iştirak etmədiyii göstərib.


Kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.


Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Milli Məclisin üzvü Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi ilə nəticələnən borc qalmaqalı (Rafael Cəbrayılovun özünün və qardaşının banka və vətəndaşlara külli məbləğdə borcu var) deputatların biznes sahələrinə nəzarət məsələsini gündəmə gətirib.


Xüsusilə, mandatdan imtina qalmaqalı səngiməmiş, onunla eyni komitədə təmsil olunan Çingiz Qənizadənin qohumlarının adının hallanması məsələnin ciddiyyətindən xəbər verir.


AFN məsələ ilə bağlı Ç.Qənizadənin mövqeyini öyrənib. Deputat mətbuatın xəbər yazan zaman qarşı tərəfi də dinləməli olduğunu vurğulayıb: 


"Bu məsələni öyrənən kimi dərhal rayonla əlaqə saxladım. Qardaşım Gündüz Qənizadə artıq 30 ildir Ağdaş rayonunda diş həkimi işləyir. Məbuatda adı çəkilən digər şəxslər də qohumlarımdır. G.Qənizadə bankdan pul götürüb, digərləri isə zamin durub. Qardaşım işi ilə əlaqədar texniki avadanlıqları almaq üçün bankdan cəmi 17 min kredit götürüb. İnfilyasiyaya görə bankla arasında anlaşılmazlıq yarandığı üçün bir az gecikmə olub. Diş həkimi işləyən 60 yaşlı insan 17 mini ödəməyə çətinlik çəkməyəcək. Amma yazırlar ki, kredit biznes məqsədi ilə götürülb və böyük miqdardadır. Bu doğru deyil".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top