Ərdoğan Putinin dəvətini qəbul etmədi

DÜNYA 01 okt 2019, 12:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Enerji Həftəsində iştirak etməyəcək.

 

“RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

“Düşünürəm ki, yüksək səviyyəli qonaqların iştirakı gözlənilmir... Bildiyimə görə, ölkələr nazirlik səviyyəsində təmsil olunacaq”. 

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını 2-5 oktyabr tarixlərində Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində iştiraka dəvət edib.

 

Rusiya lideri, forum zamanı Rusiya Federasiyasının “Türk Axını” qaz boru kəməri layihəsi ilə bağlı fikirlərini paylaşacağını da bildirmişdi. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top