Kiyevin Qarabağ mövqeyi İrəvanı təşvişə saldı

SİYASƏT 01 okt 2019, 12:52

Ermənistan Ukrayna Xarici İşlər Nazirliyinin Qarabağ bəyanatından təşvişə düşüb.

 

Demokrat.az Axar.az-a istinadən xəbər verir ki, bəyanatın yayılmasından sonra Ermənistanın Ukraynadakı səfirliyi öz Feysbuk səhifəsində paylaşım edib. Belə ki, səfirlik bütün ukraynalıları Dağlıq Qarabağa “səfərə” səsləyib.

 

Qeyd edək ki, bundan öncə Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarının Qarabağ, Abxaziya və Cənubi Osetiyaya səfərlərinin qəbuledilməz olduğunu bəyan edib. Kiyev həmçinin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top