MSK sabah Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi məsələsinə baxacaq

GÜNDƏM 01 okt 2019, 11:40

Sabah, oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.


"Report"un xəbərinə görə, iclasda Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxacaq və qərar qəbul edəcək.


Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib.


Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top