"Şərəfimi tənqidə məruz qoya bilməzdim, ona görə də istefa verdim" — Rafael Cəbrayılov

GÜNDƏM 30 sen 2019, 19:50

"Mənim jurnalistlərdən xahişim var. Jurnalistlər mənim guya deputat mandatımı girov qoymağımla bağlı informasiyanı hansı ehtirasla yayıblarsa, indi keçirdiyim mətbuat konfransını da həmin ehtirasla yaymaqlarını xahiş ediəm".


Demokrat.az xəbər verir ki, bu fikirləri bu gün deputat mandantından imtina edən Rafael Cəbraylov bildirib. 


R.Cəbrayılov deyib ki, mandatının girov qoyulması barədə yayılan sensasiyalı xəbərlər həqiqətə uyğun olmayıb.


O istefa verməsinin səbəbini isə belə əsaslandırıb:


"Mən çox nümunəvi şagird olmuşam, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Uzun illərdir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmuşam. Səmimi deyim ki, çox yorulmuşam, bir az istirahətə ehtiyacım var.  Mən şərəfimi tənqidə məruz qoya bilməzdim, ona görə də istefa verdim". 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top