"Gələcək fəaliyyətimi universitetlərdən birində davam etdirə bilərəm" — Deputat mandatından imtina edən Rafael Cəbrayılovdan İLK AÇIQLAMA

GÜNDƏM 30 sen 2019, 19:33

"Həyat yoldaşım tələbə yoldaşımdır. Mənimlə bağlı internetdə gedən xəbərlər onun səhhətinə pis təsir göstərib. Ona görə də mənim üçün deputatlıqdan daha əhəmiyyətli həyat yoldaşımın sağlamlığıdır".  


Demokrat.az xəbər verir ki, bu fikirləri bu gün deputat mandantından imtina edən Rafael Cəbraylov bildirib. 


R.Cəbrayılov bundan sonra elmi fəaliyyətlə məşğul ola biləcəyini söyləyib:


"Mən 9-10 kitabım müəllifiyəm, elmi fəaliyyətim var. Düşünürəm ki, mən gələcək fəaliyyətimi universitetlərdən birində davam etdirə bilərəm".


R.Cəbrayılov bundan sonra yaşamaq üçün Azərbaycandan xaricə getməyəcəyini də deyib:


"Mən xaricdə yaşayıb qala bilmərəm. Hətta, deputat kimi xaricə səfərlər edəndə Azərbaycan üçün darıxıram".


Zaur Hacılı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top