Kim Kardaşyan Ermənistan iqtisadiyyatını alt paltarı ilə qaldırmaq istədi, alınmadı

DÜNYA 28 sen 2019, 23:44

ABŞ-da yaşayan məşhur erməni yüngül əxlaqlısı Kim Kardaşyan baş nazir Nikol Paşinyanın çağırışına dəstək verərək Ermənistan iqtisadiyyatının inkişafı üçün öz təhfəsini vermək istəyib. Amma “genosid” məsələsi işləri korlayıb.

 

Virtualaz.org xəbər verir ki, Kardaşyan bu yaxınlarda bədənə kip oturan alt paltarlarını reklam edərək milyonlarla dollar qazanmışdı. SKİMS brendindən olan alt paltarı komplekti dəqiqələr içərisində satılıb qurtarıb, satışların həyata keçirildiyi internet saytı müraciət edənlərin sayının hədsiz çoxluğuna görə çöküb.

Bundan sonra Kardaşyan Twitter-də bildirib ki, Ermənistan iqtisadiyyatını qaldırmaq istəyir. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə los-Ancelesdə səfərdə olanda yerli erməni iş adamlarını Ermənistana investisiya qoymağa çağırmışdı.

 

Kardaşyan bildirib ki, Ermənistan sakinləri üçün iş yeri açacaq və orada SKİMS brendi ilə alt paltarları istehsal edən fabrik açacaq.

 

Lakin məsələyə Amerika Erməni Milli Komitəsi (ANCA) müdaxilə edib. Təşkilat bildirib ki, brend Türkiyədə alt paltarı istehsal edir və deməli Ermənistanda həmin brendin fabrikini açmaq “genosid qurbanlarının” ruhunu incidər.

 

Kardaşyan pərt olub və Twitter-Də təcili üzr istəmək məcburiyyətində qalıb. “Mən əvvəlcə Ermənistanda alt paltarı istehsalı üçün öz şirkətimi açmağı planlaşdıranda bilirdim ki, ancaq yaxşı olmasını istəyirəm...Ekspertlərlə məsləhətləşmələrdən və qlobal axtarışlardan sonra həmin tələblərə Türkiyə uyğun gəldi. Bununla belə mənim şirkətim kiməsə və ya hansısa millətə qarşı keçmişdə yol verilmiş diskriminasiyaya qarşıdır”,-o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top