Nazirlik bal idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır

İQTİSADİYYAT 28 sen 2019, 16:36

Kənd Təsərrüfatı Nazirliyi ölkədə balın idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır.


Bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.


Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır.


Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalını qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.


Nazir müavini arıçılıq işində gələcək məqsədlərdən də danışıb. Bildirib ki, mahsuldarlığın artımında bir neçə məqsəd var: “Bal məhsuldarlığının artırılması məqsədi ilə bizim qarşımızda bir neçə ciddi vəzifələr dayanıb. Burada ən vaciblərindən biri, Azərbaycanın brend arıçılıq cinsləri "Bozdağ", "Qafqaz" cinsi və "Sarı" arı "Qafqaz" cinsinin tam təmizliyinə nail olmaqdır. Bu cins genetik məhsuldarlığın artımında önəmli bir rol oynayır. İkinci məsələ isə arıçılığın yem təminatının yaxşılaşdırılmasıdır”. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top