İsveçin məşhur tatu ustası Ağasəlim Çıldağın oğludur? – VİDEO

ŞOU-BİZNES 26 sen 2019, 23:47

Sosial şəbəkədə İsveçdə yaşayan Josef Loko adlı tatu ustasının mərhum meyxanaçı Ağasəlim Çıldağın oğlu olduğu iddia edilib.

 

Axşam.az xəbər verir ki, tatu sənətçisinin əsl adının Yusif olduğu bildirilir.

 

İnstaqramda 266 min izləyicisi olan Josefin izlədikləri arasında azərbaycanlılar da var. 27 yaşlı Yusifin atasının adı isə Ağasəlimdir. İddia edilir ki, Josef Ağasəlim Çıldağın nikahdankənar övladıdır.

 

Bundan başqa, Josef qatıldığı radio proqramında azərbaycanlı olduğunu etiraf edib. Həmçinin, verilişdə 13 yaşında anasının istəyilə Bakıdan köçdüklərini söyləyib. “Facebook” hesabında isə Nərmin Səttarova adlı birini qohumu olaraq qeyd edib.

 

Məsələ ilə bağlı A.Çıldağın bacısı oğlu, meyxanaçı Ağamirzə ilə əlaqə saxladıq. Telefona özünü onun qardaşı kimi qələmə verən şəxs “Biz bu məsələ ilə bağlı heç nə bilmirik” deyə, cavab verdi.

 

Meyxanaçının qohumları isə əlaqə yaratmaq istəyimizi geri çevirdi.

 

Qeyd edək ki, A.Çıldaq 2008-ci ildə dünyasını dəyişib. Josef dünyaya gələndə onun 62 yaşı olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top