“Neft Fondunun aktivləri 42,5 milyard dollara yaxınlaşır” — Şahmar Mövsümov

İQTİSADİYYAT 26 sen 2019, 12:26

“Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) öz portfelində riskli aktivləri daha da artırmaq niyyətindədir”.


Demokrat.az xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfransda Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. 


O qeyd edib ki, ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir: 


“Lakin buna baxmayaraq, 2012-ci ildən Neft Fondu öz aktivlərində müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb. Bunlar özəl səhmlərin artırılması, daşınmaz əmlak investisiyaları və qızıl investisiyalardır. Fondun bu günə olan aktivləri təxminən 42,5 milyard dollara yaxınlaşır. Gələcəkdə də biz riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Burada əsas məsələ portfeldə sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin artırılmasıdır. Bununla bağlı da müvafiq təkliflər veriləcək”.


İcraçı direktor həmçinin vurğulayıb ki, yaradıldığı gündən bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) idarəetmədən, yəni fondun sırf fəaliyyətindən asılı olan gəlirləri 6,2 milyard ABŞ dolları təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top