Azərbaycan güləşinin Qazaxıstan fiaskosu, incik baş məşqçi və yarıtmaz legionerlər – VİDEOSÜJET

İDMAN 25 sen 2019, 22:56

Güləş üzrə milli komandalarımız (yunan-Roma, qadın və kişi sərbəst güləş yığmaları) Qazaxıstanda keçirilən dünya çempionatından fiasko ilə döndü. Düzdür, ilk baxışda 28 idmançımızdan 6-sının medal qazanması pis görünmür. Amma nəzərə alsaq ki, bu yarışda əsas məqsəd Tokio Olimpiadasına lisenziyalar qazanmaq idi, onda cəmi 2 vəsiqəyə sahib çıxan milli komandamızın halına acımamaq olmur. Üstəlik, baş məqşçi Saypulla Absaidovun federasiyadan inciyib xüsusi əhəmiyyət daşıyan dünya çempionatına getməməsi də Azərbaycan Güləş Federasiyasında işlərin yolunda olmadığından xəbər verir.


Demokrat.az Sportinfo.az-a istinadən son dünya çempionatının yekunlarından bəhs edən videosüjeti təqdim edir:

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top