Putin və İlham Əliyev Soçidə görüşəcəklər

SİYASƏT 24 sen 2019, 17:13

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev oktyabrın 3-də Soçidə görüşəcəklər.


Bu barədə bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.


Görüş Valday klubunun oktyabrın 3-də Soçidə keçiriləcək iclası çərçivəsində baş tutacaq. Sessiyada Azərbaycan, Qazaxıstan, Filippin prezidentləri, habelə İordaniya kralı iştirak edəcək.


"Onlar "Valday" iclasında panelçi kimi çıxış və iştirak edəcəklər. Bundan əvvəl Putinin öz həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri keçiriləcək", deyə RİA-Novosti Peskovdan sitat gətirir. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top