“Əsl həqiqətlər üzə çıxarılacaq” – MŞ sədri Əfqan Muxtarlının məsələsinə toxundu

SİYASƏT 23 sen 2019, 21:56

Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər.


Demokrat.az xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov bildirib.


O, qeyd edib ki, AMŞ olaraq Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxlayıb, müzakirə aparıblar.


“Məsələ Pentensiar Xidmətin diqqətindədir.


Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq.


Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcək“-deyə, AMŞ sədri sözlərinə əlavə edib.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top