Lider TV-nin efirində biabırçılıq yaşandı – VİDEO

ŞOU-BİZNES 23 sen 2019, 18:46

Lider TV-nın efirində biabırçı səhv buraxılıb.


Demokrat.az "baku.ws"ə istinadən xəbər verir ki, "Gecənin sehrində" adlı verilişin br hissəsi bu il 650 illik yubileyi qeyd edilən dahi İmadəddin Nəsimiyə həsr olunub.

 

Verilişin qonaqlarından - Rəşad Sultan adlı həkim Nəsiminin məşhur "Ağrımaz" qəzəlindən bir parça söyləyib. Bunun ardınca isə Həsən Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən kadrlar yayımlanıb.

 

Aparıcı Dilşad Əhmədova ardıcıl iki böyük səhvə yol verib.

 

Əvvəlcə filmdən verilən kadrları verilişin rejissorunun hazırladığı süjet kimi təqdim edib. Aparıcı savadsız təqdimatının ardınca daha bir bağışlanılmaz səhv edib. Həkimin efirdə səsləndirdiyi Nəsiminin "Ağrımaz" qəzəlinin onun özünün yazdığını qeyd edib. Yəni həkimi qəzəlin müəllifi kimi təqdim edib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top