Texniki baxışa görə rüsum artırılır - Sürücülərin diqqətinə!

SOSİAL 23 sen 2019, 14:20

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

 

Demokrat.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

 

Qanuna dəyişiklik Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top