Bakıda sərnişin avtobusu qəzaya uğradı – FOTOLAR

HADİSƏ 23 sen 2019, 13:16

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin  verdiyi məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

 

Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

 

Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Görüntünün olası içeriği: açık hava

Görüntünün olası içeriği: açık hava

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top