“Ford Mustang”la mağazaya girib “playstation” oğurladılar – VİDEO

DÜNYA 23 sen 2019, 12:00

Yunanıstanın paytaxtı Afinada oğrular qaçırdıqları 1967-ci il istehsalı “Ford Mustang” markalı avtomobillə elektronika mağazasına giriblər.


Məlumata görə, onlar oğurluq məqsədilə girmək istədikləri elektron mağazasının vitrinindən içəri daxil olublar.

 

Bildirilir ki, cinayətkarlar oradan üç ədəd “Sony PlayStation” oyun qurğusu və digər əşyalar oğurlayıblar.

 

İnformasiyaya görə, oğruların istifadə etdiyi klassik maşın zədələnib. Onun bərpası üçünsə bundan əvvəl 45 min avro pul xərclənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top