"Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"

SİYASƏT 22 sen 2019, 19:41

"Azərbaycanın təhlükəsizliyi Livanın hava hücumundan müdafiə sistemlərindən asılıdırsa, mən azərbaycanlılara rahat yatmağı məsləhət görürəm, çünki Livanda İsrail dronlarını vurmağa qadir heç bir texnologiya yoxdur".


Demokrat.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında İsrail diplomatı və politoloqu Zvi Maqen Livanın Müdafiə naziri Elias Bou Saabın İsrail dronlarını məhv etmək təcrübəsini onlarla bölüşə biləcəyi barədə Ermənistana etdiyi təklifi şərh edərkən deyib.


"Nazirin sözləri həqiqətə heç bir aidiyyəti olmayan əsl uydurmadır. Livan heç vaxt İsrail dronlarını vurmayıb və İsrail Livan səmasında istədiklərini edir. Beyrut başqa bir dövlətə bu mövzuda kömək təklif edərsə, bu yalnız həmin ölkə hökumətinin Ermənistanla əməkdaşlıq etmək istədiyini göstərir. Beləliklə, Livan hakimiyyəti, Yerevana əslində olmayan şeyləri satmaq qərarına gəlib. Hesab edirəm ki, Müdafiə nazirinin açıqlamasına yalnız bu cür yanaşmaq olar. Onun həmin pafoslu açıqlaması Livan dövlətinin hansısa mifik imkanları barədə reklamdan başqa bir şey deyil”,- deyə ekspert bildirib.

 


Eyni zamanda, o qeyd edib ki, son vaxtlar Beyrutun Rusiya hava hücumundan müdafiə sistemlərini satın aldığı barədə şayiələr yayılır. Əgər belədirsə, onda çox güman ki, Livan C-400 hava hücumundan müdafiə sistemini hədəfə alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top