200-dək Bakı ağsaqqalı bir yerə yığışıb, İlham Əliyevə və xanımına DƏSTƏK BƏYANATI VERDİ: "Sonadək sizinləyik!" (EKSKLÜZİV)

MARAQLI 22 sen 2019, 12:44

Bakı şəhərinin 32 kəndinin 200 nəfərə yaxın tanınmış və nüfuzlu ağsaqqalları bir araya gələrək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dəstək nümayiş etdiriblər. 


Demokrat.az xəbər verir ki, görüş Bakının Pirşağı kəndində təşkil olunub. 


Görüşdə çıxış edən Bakı ağsaqqalları son vaxtlar xaricdən Azərbaycana qarşı aparılan söyüş kampaniyasını pisəyiblər, onları u cür çirkin əməllərindən vaz keçməyə çağırıblar. 


Görüşdə bildirilib ki, Azərbaycan müharibə şəraitində olan dövlət olduğu üçün xaricdən ölkəmizə qarşı aparılan bu cür qarayaxma kampaniyasına işğalçı Ermənistan da maraqla dəstək verir. 

 

Похожее изображение


Bakı ağsaqqalları sonadək Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı dəstəkləyəcəklərini bəyan ediblər. 


Görüşün sonunda Bakı ağsaqqalları adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dəstək bəyanatı qəbul edilib.  


Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı hacı Madar Musayev, sabiq deputat hacı Qalib Salahzadə və digər tanınmış şəxslər iştirak ediblər. 


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top